13-14 may tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrası ilə Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim–Tədris Mərkəzi ilə birgə Türkiyənin Bağçaşəhər Universitetinin Konservatoriyasının professoru Hyun Sook Tekinin “Fortepiano ifaçılığı və pedaqogika” mövzusunda konsert proqramı və elmi seminarı təşkil olunmuşdur. İlk gün xüsusi konsert proqramı ilə çıxış edən professor, ikinci günün ilk hissəsində fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinə Ustad dərsi keçmiş və daha sonra Elmi Seminar ilə çıxışını tamamlamışdır.