16 may 2024-cü il tarixində İncəsənət və fiziki tərbiyə fakültəsində “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının baş müəllimi Zemfira Sultanovanın tələbələrindən ibarət sinif konserti baş tutmuşdur. Konsertdə tələbələrin ifasında Azərbaycan və Xarici bəstəkarların əsərləri ifa olunmuşdur. Fakültənin dekanı Sos.ü.f.d Anar Fərmayılov və “ Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müdiri dos. Laçın Həsənova çıxış edərək konserti təşkil etdiyi üçün Zemfira xanıma və tələbələrə təşəkkürlərini bildirərək onlara uğurlar arzulamışlar.