ADPU İncəsənət və Fiziki tərbiyə fakültəsi

Tarixi
Bakalavr i̇xti̇sasları
Magi̇str i̇xti̇sasları
Statistik göstəriciləri
Heyət

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Ali Pedaqoji Kişi İnstitutunun təşkili haqqında” Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli 66 nömrəli dekret əsasında yaradılmışdır. Yarandığı vaxtdan bu günə kimi Universitetin auditoriyalarında Azərbaycanın ən görkəmli alimləri mühazirələr oxumuş, respublikamızın bütün guşələrində böyüməkdə olan nəslə elm, savad vermiş müəllimlər ordusu yetişdirilmişdir. Universitetin məzunları sırasında Azərbaycan elmində, ədəbiyyatında, mədəniyyətində, ictimai-siyasi həyatında dərin izlər qoymuş neçə-neçə tanınmış şəxsiyyətlər yer alır. 

100 yaşını qeyd edən Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin qabaqcıl universitetləri sırasındadır. Universitetin strukturuna 8 fakültə, Şamaxı, Şəki, Quba, Ağcabədi, Cəlilabad şəhərlərində filiallar, Azərbaycan Dövlət Pedaqoji Kolleci və 7 nömrəli orta təhsil baza məktəbi daxildir. 

Təsis olunduğu dövrdən etibarən ADPU-da müasir orta təhsil məktəblərinin tələblərinə uyğun yeni-yeni ixtisaslar açılmışdır. Bu qəbildən 1964-cü ildə ADPU-da Musiqi və rəsm şöbəsi fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində təsviri incəsənət, rəsmxət və əmək təlimi müəllimlərinə böyük ehtiyac duyulduğu nəzərə alınaraq, 1971-ci ildən “Rəsmxət, təsviri incəsənət və əmək” ixtisası, 1980-ci ildən isə “Musiqi müəllimliyi” və “Hərbi rəhbər və bədən tərbiyəsi müəllimliyi” ixtisasları tədris edilmişdir. İxtisasların tədrisi müxtəlif dillərdə və fakültələrdə aparılmışdır. 

İncəsənət və fiziki tərbiyə fakültəsi ADPU-nun Elmi Şurasının 2016-cı il 9 oktyabr tarixli qərarı ilə 2016-cı il 20 oktyabr tarixli 3/287 nömrəli - əmr əsasında yaradılmışdır. İlkin mərhələdə fakültə Musiqi və təsviri incəsənət fakültəsi adlandırılmış, Pedaqoji fakültədə tədris olunan “Musiqi müəllimliyi” ixtisasının və Mühəndis-pedaqoji və bədii qrafika fakültəsində tədris olunan “Təsviri incəsənət müəllimliyi” ixtisasının tədrisi Musiqi və təsviri incəsənət fakültəsinə həvalə olunmuş, dekan seçkiləri keçirilənədək fakültəyə rəhbərlik İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmova tapşırılmışdır. Eyni zamanda, həmin ixtisasların tədrisi ilə məşğul olan kafedralar - Pedaqoji fakültədən Musiqi alətləri və onların tədrisi metodikası və Musiqi fənləri və onların tədrisi metodikası kafedraları, Mühəndis-pedaqoji və bədii qrafika fakültəsindən isə Təsviri incəsənət, rəsmxət və onun tədrisi metodikası, Rəsm, heykəltəraşlıq və boyakarlıq kafedraları Musiqi və təsviri incəsənət fakültəsinə verilmişdir. ADPU-nun Elmi Şurasının 2017-ci il 19 fevral tarixli iclasında Musiqi və təsviri incəsənət fakültəsinin yenidən təşkili barədə qərar qəbul edilmişdir. Bu qərarla Coğrafiya, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində tədris olunan “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası üzrə tədris Musiqi və təsviri incəsənət fakültəsinə həvalə olunmuş, Coğrafiya, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsindən Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası kafedrası Musiqi və təsviri incəsənət fakültəsinin strukturuna daxil edilmişdir. Beləliklə, 2017-ci il 9 mart tarixli 3/87 nömrəli əmr ilə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi yaradılmış, fakültənin dekanı vəzifəsinə isə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Laçın Xalid qızı Həsənova təyin olunmuşdur. 

2016/2017-ci tədris ilində fakültənin strukturuna beş kafedra daxil idi: Musiqi fənləri və onların tədrisi metodikası (kafedra müdiri, prof. Jalə Qədimova, 1998-2016), Musiqi alətləri və onların tədrisi metodikası (kafedra müdiri, prof. Minarə Dadaşova, 2001-2017), Təsviri incəsənət, rəsmxət və onun tədrisi metodikası (kafedra müdiri, dos. Çingiz Rüstəmov, 1988-1994, 2014-2019), Rəsm, heykəltəraşlıq və boyakarlıq (kafedra müdiri, dos. Fərahim Zeynalov, 2001-2016), Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası (kafedra müdiri, prof. Rafiq Baxşəliyev, 2015-2017). 2017/2018-ci tədris ilindən etibarən kafedraların sayı optimallaşdırılmışdır. Hazırda fakültədə 3 kafedra fəaliyyət göstərir: Musiqi və onun tədrisi texnologiyası, Təsviri incəsənət və onun tədrisi texnologiyası və Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi texnologiyası kafedraları. Bu kafedralara müvafiq olaraq professor Zemfira Abdullayeva, dosent Yeganə Cəlilova və Anar Fərmayılov rəhbərlik edirlər. 

Fakültədə 81 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 2 əməkdar müəllim, 2 əməkdar rəssam, 2 əməkdar məşqçi, 3 elmlər doktoru, 5 professor, 25 fəlsəfə doktoru, 19 dosent, 33 baş müəllim, 14 müəllim çalışır. ADPU-nun Elmi Şurasının 2018-ci il 14 sentyabr tarixli qərarı ilə fakültənin adı dəyişdirilərək “İncəsənət və fiziki tərbiyə fakültəsi” adlandırılmışdır. 

2020/2021-ci cari tədris ilində fakültədə üç ixtisas üzrə 897 bakalavr, 16 magistr təhsil alır. Tədris Azərbaycan və rus dillərində aparılır. Tədris prosesi dekan, dekan müavini, akademik məsləhətçilər və operatorlar tərəfindən idarə olunur. Qeyd etmək lazımdır ki, son dörd il ərzində fakültənin magistratura pilləsini bitirmiş məzunları doğma İncəsənət və fiziki tərbiyə fakültəsində işlə təmin olunmuşlar. 

Fakültədə tədrisin, sosial və humanitar işin təşkilində dekan, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Laçın Həsənova, dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Anar Fərmayılov, akademik məsləhətçilər Jalə Təhməzova, Kəmalə Dursunova, Şəbnəm Seyidova, Türkan Fərzəliyeva, Aydan Abışova, Təranə Paşayeva, Aygün Abaszadə, Zeynəb Rüstəmova, Zəhraxanım Seyidova, operator Ləyaqət Həmidova mühüm rol oynayırlar.  

Fakültə bugünkü nailiyyətlərinə görə vaxtilə müvafiq kafedralarda işləmiş fədakar təhsil işçilərinə borcludur. Belə ki, 1964-cü ildən bu günə kimi ADPU-da yuxarıda sadalanan ixtisaslar üzrə görkəmli alimlər, pedaqoqlar, musiqişünaslar, rəssamlar, sənətşünaslar, heykəltəraşlar, məşqçilər və hərbçilər fəaliyyət göstərmişlər. Bu ixtisaslar üzrə tədris işini aparanlar arasında AMEA-nın həqiqi üzvü, professor Arif Quliyev, xalq rəssamları Hüseyn Hüseynov, Nadir Əbdürrəhmanov, İbrahim Zeynalov, Ağaəli İbrahimov, əməkdar rəssamlar Nüsrət Hacıyev, Həsənağa Məmmədov, Əli Verdiyev, Ağaverdi Paşayev, Sima Ağayeva, Lətafət Məmmədova, texnika elmləri doktoru Eyyub Səfərov, eləcə də Hüseyn Hüseynov, Fikrət Həşimov, Çingiz Fərzəliyev, Teyyub Abbasov, əməkdar incəsənət xadimi Rafiq Əziz, Ədalət Vəzirov, heykəltəraş Kərim Rzayev, Hikmət Qəhrəmanov, Zümrüd Rəhimova, bəstəkarlar Şəfiqə Axundova, Hacıbaba Həsənov, Faiq Sücəddinov, Adil Bəbirov, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Adil Bəbirov, Ədilə Qafarova, Nailə Mirməmmədli, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Yaşar Səfərov, professor Sabir Quliyev, dosent Nəcməddin Məlikməmmədov, əməkdar müəllim, dosent Elmira Əfəndiyeva, polkovniklər L.Vorontsov və Y.Tatarenko kimi görkəmli şəxslər olmuşlar. 

Fakültənin 18 məzunu Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq həlak olmuş, ölümlərindən sonra orden və medallarla təltif edilmişlər. Həlak olanlardan “Hərbi rəhbər və bədən tərbiyəsi müəllimliyi” ixtisası üzrə məzunlar Mirələkbər İbrahimov və Mətləb Quliyev “Azərbaycanın Milli Qəhrəmanı” adına, Malik Bayramov və Mürşüd Məmmədov isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşlər. 

Fakültənin tələbə və məzunları arasında 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinə könüllü olaraq yollanmış, müxtəlif istiqamətlərdə gedən döyüşlərdə mərdliklıə iştirak etmiş və şücaət göstərmiş gənclər də var. Bu gün onların bəziləri şərəfli “Qazi” adını daşıyır. Eyni zamanda, müharibədə iştirak etmiş tələbə və məzunlarımız göstərdikləri qəhrəmanlıqlara görə müxtəlif orden və medallara layiq görülmüşlər. 

Ətraflı

Sıra №

İxtisasın şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

1

050113

Musiqi müəllimliyi

+

-

-

-

-

2

050119

Təsviri incəsənət müəllimliyi

+

-

+

-

-

3

050106

Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi

+

-

+

-

-

Sıra

060108

Musiqi müəllimliyi

+

-

-

-

-

-

2

060114

Təsviri incəsənət müəllimliyi

+

-

-

-

-

-

3

060106

Tələbələrin ümumi sayı

Bakalavr dərəcəsi üzrə təhsil alanlar 

Magistr dərəcəsi üzrə təhsil alanlar

Doktor dərəcəsi üzrə təhsil alanlar

Əyani təhsil alanlar 

Qiyabi təhsil alanlar 

Əcnəbi tələbələr

962

938

24

-

962

-

4

Anar Fərmayılov
Jalə Arif qızı Təhməzova
Ləyaqət Sahib qızı Həmidova
Türkan Cəlil qızı Fərzəliyeva
Anar Fərmayılov
Dekan
Jalə Təhməzova
Dekan müavini
Ləyaqət Həmidova
Tyutor
Türkan Fərzəliyeva
Tyutor

Daha çox

ÜNVAN MƏLUMATLARI

Bakı şəhəri, Nəsimi rayon
Nəsibbəy Yusifbəyli küçəsi 43

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search