FAKÜLTƏNİN TARİXİ
Təsis olunduğu dövrdən etibarən ADPU-da müasir orta təhsil məktəblərinin tələblərinə uyğun yeni-yeni ixtisaslar açılmışdır. Bu qəbildən 1964-cü ildə ADPU-da Musiqi və rəsm şöbəsi fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində təsviri incəsənət, rəsmxət və əmək təlimi müəllimlərinə böyük ehtiyac duyulduğu nəzərə alınaraq, 1971-ci ildən “Rəsmxət, təsviri incəsənət və əmək” ixtisası, 1980-ci ildən isə “Musiqi müəllimliyi” və “Hərbi rəhbər və bədən tərbiyəsi müəllimliyi” ixtisasları tədris edilmişdir. İxtisasların tədrisi müxtəlif dillərdə və fakültələrdə aparılmışdır.