Previous Next

I Qarabağ müharibəsi şəhidi Əmilov Araz Laçın oğlunun xatirəsi anılıb

 I Qarabağ müharibəsi şəhidi Əmilov Araz Laçın oğlunun xatirəsi anılıb

14.03.2024-cü il tarixində İncəsənət və fiziki tərbiyə fakültəsində I Qarabağ müharibəsi şəhidi Əmilov Araz Laçın oğlunun xatirəsi anılıb. Fakültənin dekanı Sos.ü.f.d Anar Fərmayılov Qazaxda Lələkənd əməliyyatında şəhid olan Araz Əmilovun keçdiyi şərəfli döyüş yolundan danışıb. Həmçinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası və texnologiyası” kafedrasının müdiri Telman Tağıyev çıxış edərək Azərbaycanın  ərazi bütövlüyü uğrunda canından keçən hər bir qəhrəmanının  həyatının , fəaliyyətininin ciddi təbliğ olunmasının faydalarından danışıb. Şəhidimizin bacısı Zeynəb xanım Nəbiyeva onun ilə bağlı həzin xatirələrindən söhbət açıb, Arazın vətənini nece sevdiyini və ərazi bütövlüyümüzü qorumaq üçün ilk gündən könüllü  Milli Ordu sıralarına qatılmasından danışıb.

ÜNVAN MƏLUMATLARI

Bakı şəhəri, Nəsimi rayon
Nəsibbəy Yusifbəyli küçəsi 43

 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search