Previous Next

24 fevral 2023-cü il tarixdə N.Nərimanov rayonu 36 saylı orta məktəbdə ADPU-nun Musiqi müəllimliyi ixtisasının IV tədris ili tələbələri "Xocalı soyqırımı"na həsr edilmiş tədbirdə iştirak etmişdilər.

24 fevral 2023-cü il Musiqi müəllimliyi ixtisasının IV tədris ili tələbələri N.Nərimanov rayonu 36 saylı orta məktəbdə "Xocalı soyqırımı"na həsr edilmiş tədbirdə iştirak etmişdilər. Şagirdlər Xocalı soyqırımına həsr edilmiş şeirlər söylədilər, mahnılar oxudular. Xocalı faciəsini əks etdirən videoçarx nümayiş edildi. Tədbirdə şəhid ailələrinin üzvləri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Məktəbin direktoru Gülnarə Cəfərova Xocalı faciəsinin heç zaman unudulmayacağını söylədi, tədbirin təşkilinə görə müəllim və şagirdlərə, təcrübəçi tələbələrimizə təşəkkürünü bildirdi.

ÜNVAN MƏLUMATLARI

Bakı şəhəri, Nəsimi rayon
Nəsibbəy Yusifbəyli küçəsi 43

 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search