04.11.2022-ci il tarixində İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbələri “Zəfər günü” münasibəti ilə tədbir keçirtmişlər. Tədbir Dövlət himnimizin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsinin 1dəqiqəlik sükutu ilə başlamışdır. Tədbir zamanı fakültənin dekanı dos. Laçın Həsənova Zəfər günü ilə əlaqədar çıxış edərək Xalqımızın keçdiyi şanlı tarixə qısa nəzər salmışdır. Fakültənin tələbələri vətənpərvərlik mövzusunda olan səhnəciklər və musiqi nömrələri ilə çıxış etmişlər. Tədbirdə həmçinin tələbələrin Zəfər günü ilə bağlı qəhrəmanlıq mövzusunda olan rəsm əsərləri də nümayiş etdirilmişdir.