Təsviri incəsənət və musiqi tədrisi ilə məşğul olan kafedraların təməlinin birgə qoyulduğunu desək, yanılmarıq. Məlum olduğu kimi, 1964-cü ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin nəzdində Musiqi və rəsm şöbəsi yaradılmışdı. İbtidai təhsilin pedaqogikası və metodikası, məktəbəqədər tərbiyə ixtisasları üzrə əyani, axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə “Təsviri incəsənət və onun tədrisi metodikası” fənni tədris edilirdi.
Orta ümumtəhsil məktəblərində təsviri sənət və rəsmxət dərslərini tədris etmək üçün ixtisaslı müəllimlərə ehtiyac duyulduğunu nəzərə alaraq 1971-ci ildə Ümumi texniki fənlər fakültəsində “Rəsmxət, təsviri incəsənət və əmək” ixtisası üzrə tədris təşkil edilmiş, bu xüsusda Təsviri incəsənət kafedrası yaradılmışdı. 1971-1981-ci illərdə Nadir Əbdürrəhmanov, İbrahim Zeynalov, Ağaəli İbrahimov, Qəyyur Yunus, Nüsrət Hacıyev, Fikrət Həşimov, Sima Ağayeva, eləcə də Əyyub Səfərov, Hüseynəli Hüseynov, Kərim Rzayev, Çingiz Fərzəliyev, Əli Verdiyev, Ruslan Veysov və digər tanınmış rəssam və heykətəraşlar kafedrada tədris işinə dəvət olunmuşlar.
1981-ci ildə Təsviri incəsənət kafedrasına xalq rəssamı, professor İbrahim İsmayıl oğlu Zeynalov rəhbərlik etmişdir. Bu ixtisasa tələbatı və tədris olunan fənlərin xüsusiyyətlərini nəzərə alaraq yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması işini daha da inkişaf etdirmək məqsədilə həmin il İ.Zeynalovun təşəbbüsü ilə müstəqil Bədii qrafika fakültəsi yaradılmışdır. İ.Zeynalov fakültənin formalaşması və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün böyük səylər göstərmişdir.
1981-1988-ci illərdə Bədii qrafika fakültəsinə dosent Tofiq İsa oğlu Məmmədov rəhbərlik etmişdir. Bu dövrdə fakültədə üç kafedra fəaliyyət göstərmişdir. Rəsm, heykəltəraşlıq və boyakarlıq kafedrasına professor İbrahim Zeynalov (1981-1996), Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasına dosent Hüseynəli Hüseynov (1981-1988), Rəsmxət və onun tədrisi metodikası kafedrasına isə (1981-1988) Nəriman Məhərrəmov rəhbərlik etmişlər.
1989-1998-ci illərdə Bədii qrafika fakültəsinə Universitetin məzunu, dosent Məhəmməd Nəcməddin oğlu Yüzbaşıyev rəhbərlik etmişdir. Hazırda M.Yüzbaşıyev Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin professordur.
Rəsm, heykəltəraşlıq və boyakarlıq kafedrasına 1996-2001-ci illərdə dosent Lətafət Hafiz qızı Məmmədova rəhbərlik etmişdir. Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayev xatirələrində Lətafət Məmmədova haqqında yazır: “Hər dəfə yeni istedadlı gənclərin ortaya çıxması məni çox sevindirmişdir. Bu gün belə istedadlardan biri, mən deyərdim ki, birincisi parlaq istedada malik olan Lətafət Məmmədovadır”.
Hazırda L.Məmmədova Türkiyənin “Bakırköy Halk Eğitim Mərkəzi”ndə pedaqoji fəaliyyətlə məşğuldur və qardaş ölkədə neçə-neçə istedadlı rəssamın yetişməsində dəyərli səylər göstərir.
2001-2016-cı illərdə Rəsm, heykəltəraşlıq və boyakarlıq kafedrasına əməkdar rəssam, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fərahim İbrahim oğlu Zeynalov rəhbərlik etmişdir.
1988-1993-cü illərdə Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasına pedaqogika üzrə fəlsəfə doktoru, dosent Çingiz Ataxan oğlu Rüstəmov, 1993-2014-cü illərdə isə dosent Soltan Atayev rəhbərlik etmişlər.
2000-ci ildə Təsviri incəsənət və onun tədrisi metodikası kafedrası Rəsmxət və onun tədrisi metodikası kafedrası ilə birləşdirilərək Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası kafedrası yaradılmış, Soltan Atayev kafedraya 2014-cü ilədək rəhbərlik etmişdir.
2016-cı ildə Universitetdə tədrisin strukturunun optimallaşdırılması çərçivəsində Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası və Rəsm, boyakarlıq və heykəltəraşlıq kafedraları birləşdirilərək Təsviri incəsənət və onun tədrisi metodikası kafedrası yaradılmış, kafedraya rəhbərlik dosent Çingiz Ataxan oğlu Rüstəmova həvalə edilmişdir.
ADPU rektorunun əmri ilə dosent Çingiz Rüstəmov 2014/2015-ci tədris ilində Təsviri incəsənət və onun tədrisi metodikası, 2019/2020-ci tədris ilində isə Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müdiri təyin edilmişdir.
Hal-hazırda kafedranın müdiri Yeganə Cəlilovadır.
Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi texnologiyası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Tədris ustası |
Laborant |
Sayı |
1 |
1 |
4 |
7 |
7 |
1 |
1 |
Kafedra sənətşunaslıq və təsviri sənətin tədrisi metodikası üzrə elmi fəaliyyət göstərir. Professor-müəllim heyəti bu elm sahələrini əhatə edən yazılarla xarici və respublika dövrü elmi jurnallarda əsərlərinin çapını təşkil edirlər.
Kafedranın xüsusiyyətini, əməkdaşların əməkdar rəssam və əksəriyyətinin Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü olduğunu nəzərə alaraq müəllimlər yerli və beynəlxalq sərgilərdə iştirak edir.
«Təsviri incəsənət və onun tədrisi texnologiyası» kafedrası ali təhsilin bakalavr səviyyəsində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə, magistatura səviyyəsində “Təsviri incəsənətin tədrisin metodikası və metodologiyası” ixtisaslaşması üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Bundan əlavə bakalavr təhsil pilləsində kafedra “İbtidai təhsil, Məktəbəqədər təhsil, Korreksiyaedici təlim, Davamlı təhsil” fakultələrində və eyni zamanda sabah qruplarında qeyri ixtisas kafedrası kimi fəaliyyət göstərir.
Yeganə Cəlilova Kafedra müdiri |
Çingiz Rüstəmov Dosent |
Tofiq Məmmədov Dosent |
Rais Rəsulov Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Fiziki tərbiyə və ÇH tədrisi texnologiyası
|
Nəsib Bəy Yusifbəyli küçəsi 43 |
(012) 541 60 56 |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |
Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi texnologiyası kafedrası ilkin olaraq ayrıca fakültə kimi təsis edilmişdir. Belə ki, SSRİ Nazirlər Sovetinin 1978-ci il 25 avqust tarixli qərarına uyğun olaraq orta təhsil müəssisələrində ibtidai hərbi hazırlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1979-cu il 21 dekabr tarixli 63 nömrəli əmri ilə İbtidai hərbi və fiziki təlim fakültəsi yaradılmışdır. Fakültəyə ilk tələbə qəbulu isə 1981-ci ildə həyata keçirilmişdir.
Gənclərin çağırışaqədərki hazırlığı və onun tədrisi metodikası kafedrasında 18 nəfər peşəkar zabit fəaliyyət göstərirdi. Kafedrada taktiki və texniki hazırlıq, rabitə vasitələrindən istifadə, kəşfiyyat və əks-kəşfiyyat təlimləri keçirilir, tağım komandirlərinə lazım olan digər biliklər öyrədilirdi. Həmin dövrdə kafedrada təcrübəli zabitlər - polkovnik-leytenantlar İsmayıl Əsgərov, Eldar Babayev, Şikar Şikarov, mayorlar Niqmatulin, Lubin, A.İslamov, V.Zaykin və başqaları hərbi sənətin sirlərini tələbələrə dərindən öyrətmişlər.
Bədən tərbiyəsi və yüngül atletikanın tədrisi metodikası kafedrasında fiziki tərbiyənin nəzəriyyəsi, metodikası, bədən tərbiyəsi tarixi, bədən tərbiyəsinin təşkili və idarə olunması, yüngül atletika və onun tədrisi metodikası fənləri üzrə mühazirə, seminar, laborator və praktik məşğələlər aparılmışdır.
Təhlükəsizlik və idman oyunlarının tədrisi metodikası kafedrasında idmanın güləş, gimnastika, idman oyunları, üzgüçülük növü üzrə dərslər tədris olunmuşdur. Bədən tərbiyəsi və idman kafedrasına müxtəlif vaxtlarda baş müəllim R.Y.Rəsulov, dosent S.H.Ağayev, professor Ə.Ə.Mehdiyev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent A.Ə.Əmiraslanov rəhbərlik etmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2000-ci il 2 oktyabr tarixli 509 nömrəli əmri ilə fakültənin kafedraları 3 kafedrada - İdman fənləri, Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası, Hərbi kafedralarda birləşdirilərək Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin tərkibinə daxil edilmişdir.
ADPU-nun Elmi Şurasının 2016-cı il 9 fevral tarixli qərarı ilə İdman fənləri, Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası və Hərbi kafedralar birləşdirilərək Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası kafedrası adlandırılaraq Musiqi və təsviri incəsənət fakültəsinin tərkibinə daxil edilmişdir. Eyni zamanda 2016-cı il 9 mart tarixli 3\87 nömrəli əmr ilə Musiqi və təsviri incəsənət fakültəsinin adı dəyişdirilərək Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi adlandırılmışdır.
Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi texnologiyası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Tədris ustası |
Laborant |
Sayı |
1 |
1 |
4 |
7 |
7 |
1 |
1 |
“Fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası” kafedrası fəaliyyətini iki istiqamət – elmi-tədqiqat və tədris işləri aparır, ənənəsinə sadiq qalaraq pedaqoji və elmi pedaqoji kadr hazırlığında fəal iştirak edir.
Kafedra yarandığı gündən pedaqoji bilikləri təbliğ edən mərkəzə çevrilmişdir. Bu təbliğat əsasən mühazirələr, kitablar və məqalələr, elmi seminarlar, pedaqoq alimlərlə görüşlər vasitəsilə həyata keçirilmişdir. Ayrı-ayrı vaxtlarda kafedranın əməkdaşları bədən tərbiyəsinin tarixi və nəzəriyyəsi ilə bağlı dərslik və dərs vəsaiti hazırlayaraq tələbələrin istifadəsinə vermişdir. Prof. Əli Mehtiyev tərəfindən hazırlanan “Fiziki tərbiyə və onun tədrisi metodikası və tələbələrin fiziki tərbiyəsi” kitabı (1964) uzun illər Azərbaycanın ali pedaqoji və orta ixtisas məktəblərində tələbə və şagirdlərin istifadə etdiyi yeganə dərs vəsaiti olmuşdur. Müxtəlif illərdə kafedra əməkdaşlarından dos. Prof.R.M.Baxşəliyev, prof.Ə.Ə.mehdiyev, dos.B.S.Quliyev, dos.A.Ə.Əmiraslanov, dos.G.B.Quliyev və b.tədris vəsaitləri nəşr etdirmişdilər.
Hazırda kafedrada 22 nəfər – Anar Fərmayılov (kafedra müdiri əvəzi), prof. Əli Mehtiyev, dosentlər: Baloğlan Quliyev, Akif Əmiraslanov, Gülbaba Quliyev, baş müəllimlər, Vəliyəddin Müsəllimov, Natiq Əliyev, Əvəz Sadıqov, Gülbəniz Həsənova, müəllimlər Məsim Quliyev, İradə Bədəlova, Araz Xəlilov, Təyyar Eminov, Rəşad Əliyev, Eldar Muxtarlı, Zərəngiz Qasımova çalışır. Kafedranın böyük laborantı A.Ə.Həsənzadə, tədris ustası A.Əfəndiyev elmi-tədqiqat, tədris-təcrübə işlərinin aparılmasında yaxından iştirak edirlər.
№ |
Fənnin adı |
1. |
Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası (FTN) |
2. |
Gənçlərin çagırışaqər hazırlığını nəzəriyyəsi və metodikası (FTN) |
3. |
Bədən tərbiyəsi və idman tarixi (FTN) |
4. |
Fiziki tərbiyənin təşkili və idarə olunması (FTN) |
5. |
İdman nəzəriyəsi (FTN) |
6. |
İdman oyunlarının nəzəriyyəsi və tədrisi metodikası (FTN) |
7. |
Atletikanın nəzəriyyəsi və tədrisi metodikası (FTN) |
8. |
Gimnastikanın nəzəriyyəsi və tədrisi metodikası (FTN) |
9. |
Hərbi qanunvericiliyin əsasları (FTN) |
10. |
Hərbi topoqrafiya (FTN) |
11. |
Hərbi sıra hazırlığı (FTN) |
12. |
İdman gimnastikası (FTN) |
13. |
Üzgüçülük və onun tədrisi metodikası (FTN) |
14. |
Əlbəyaxa döyüş və onun tədrisi metodikası (FTN) |
15. |
Bədii gimnastika seçmə fənn üzrə təlim nəticələri (FTN) |
16. |
Güləş və milli güləşin tədrisi metodikası seçmə fənn üzrə təlim nəticələri (FTN) |
17. |
Hərbi idman oyunları seçmə fənn üzrə təlim nəticələri (FTN) |
18. |
Hərbi idman qurğuları seçmə fənn üzrə təlim nəticələri (FTN) |
19. |
Hərbi vətənpərvərlik tərbiyəsi seçmə fənn üzrə təlim nəticələri (FTN) |
|
|
||
Yeganə Cəlilova Kafedra müdiri |
Çingiz Rüstəmov Dosent |
Tofiq Məmmədov Dosent |
Rais Rəsulov Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Fiziki tərbiyə və ÇH tədrisi texnologiyası
|
Nəsib Bəy Yusifbəyli küçəsi 43 |
(012) 541 60 56 |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |