Kafedranın tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Heyət
Əlaqə

1964-cü ildə ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsində tədris olunan musiqi və rəsm fənləri əsasında Musiqi və rəsm şöbəsi yaradıldı. Həmin şöbəyə ayrı-ayrı illərdə dosent Bəhlul Axundov (1964-1966) və dosent Paşa Hacıyev (1966-1973) rəhbərlik etmişdilər. O dövrdə “İbtidai təhsilin metodikası və pedaqogikası” və “Məktəbəqədər tərbiyə” ixtisasları üzrə əyani, axşam və qiyabi şöbələrdə təhsil alan tələbələrə “Musiqi və onun tədrisi metodikası” fənni tədris edilirdi. Həmin illərdə kafedrada Şəfiqə Axundova, Priva Pinson, Adilə Qafarova, Sabir Quliyev, Nəcməddin Məlikməmmədov, Akif Eyvazov, Elmira Əfəndiyeva və Pərvaz Babayeva kimi görkəmli mütəxəssislər çalışmışlar.

1973-cü ildə Musiqi və rəsm şöbəsinin bazasında iki müstəqil kafedra - Təsviri incəsənət, Musiqi və onun tədrisi metodikası kafedraları təşkil edildi. Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən Musiqi və onun tədrisi metodikası kafedrasına 1973-2001-ci illərdə professor Sabir Quliyev rəhbərlik etmişdir. Azərbaycanda ali təhsilli musiqi müəllimlərinin hazırlanmasında onun müstəsna xidmətləri olmuşdur. Məhz onun təşəbbüsü və səyi nəticəsində Pedaqoji fakültənin nəzdində orta məktəblər üçün musiqi müəllimi hazırlığına başlanılmışdı.

Ətraflı

Musiqi və onun tədrisi texnologiyası kafedrası

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Baş müəllim

Müəllim

Konsertmeystr

Tədris ustası

Böyuk laborant

Laborant

Sayı

1

4

8

11

2

8

1

2

1

“Musiqi və onun tədrisi  texnologiyası” kafedrasının elmi-tədqiqat işlərinin istiqaməti tədris-tərbiyə müəssisələri üçün pedaqoji kadr hazırlanmasının elmi əsaslarının tədqiq olunmasından ibarətdir. Əsas istiqamət üç problem ətrafında açıqlanır: 
Problem I – Ümumtəhsil məktəbləri üçün musiqi müəllimi hazırlığının təkmilləşdirilməsi. 
Problem II – Pedaqoji kadrlar hazırlayan tədris müəssisələri üçün musiqi fənninin tədrisinə dair vəsaitin hazırlanması. 
Problem III – Musiqi-pedaqoji fakültə tələbələrinin musiqi professional  keyfiyyətinin artırılması. 
Kafedrada yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən  hazırlanan elmi-tədqiqat  işləri musiqi ifaçılığı sənəti, musiqi nəzəriyyəsi və tarixi, musiqi fənlərinin tədrisi metodikası problemləri, ümumilikdə musiqinin tədrisi metodikası, musiqi pedaqogikası və psixologiyası, musiqi-estetik tərbiyə, innovasiya xarakterli elmi-metodiki əsərlər və müxtəlif musiqi tədris müəssisələrində istifadə olunan məcmuələrin təmin olunması istiqamətində iştiraklarını  fəallaşdırmaq  məqsədi  ilə  yerinə  yetirilmişlər. Kafedranın professor-müəllim  heyəti  tərəfindən  aparılan  tədqiqatlar  elmi əsərlərin, yeni fənn proqramlarının, elmi-metodiki vəsaitlərin hazırlanmasını və onların tədris prosesində geniş istifadə olunmasını nəzərdə  tutmuşdur. Professor-müəllim heyəti tərəfindən hazırlanan elmi-tədqiqat işləri Ali təhsil müəssisələrinin elmi-tədqiqat və innovasiya fəaliyyətini nəzərə alaraq yerinə yetirilir. Elmi-tədqiqat işlərinin nəticələri tədris prosesində geniş istifadə olunaraq, orta və Ali təhsil müəssisələrində tədris proqramlarının yeniləşməsi, musiqi məşğələlərinin şagird və tələbələr tərəfindən savadlı qavranılması, sərbəst mövzularda musiqi əsərlərinin qanun və ifaçılıq üsullarının hərtərəfli öyrənilməsi məqsədi ilə tədris metodik vəsaitlərin yaranması, tədris müəssisələrində istifadə olunması üçün nümunə olaraq, gələcək nəslin birlik və bacarıqlarının daha da möhkəmləndirmək, musiqi müəllimliyi ixtisasına marağın artması kimi məqsədlərə xidmət edir. Kafedra əməkdaşları mütəmadi elmi konfranslarda çıxış edir. 
“Musiqi  və  onun  tədrisi  texnologiyası”  kafedrasının  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  “Memarlıq  və  İncəsənət”  institutu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, İncəsənət Universiteti və Xoreoqrafiya Akademiyası ilə sıx yaradıcılıq əlaqələri yaradıb və birlikdə səmərəli   fəaliyyət nümayiş etdirir. 
O cümlədən kafedrada 3 pedaqoji elmlər doktoru , 4 professor, 13 fəlsəfə doktoru, 8 dosent –11 baş müəllim  – 2  müəllim fəaliyyət göstərir. 
“Musiqi və onun tədrisi texnologiyası” kafedrasının əməkdaşları tərəfindən yerinə  yetirilən  elmi-tədqiqat  işlərinin nəticələri informasiya xarakterli olaraq orta və Ali təhsil müəssisələrində pedaqoji təmayüllü nəzəri və praktiki problemlərin araşdırılması, tədris məzmununun təkmilləşdirilməsi, şagird və  tələbələrdə  musiqi  ifaçılığı,  musiqi  nəzəriyyəsi  və tarixinə dair bilik, bacarıqların  formalaşması  və inkişafına xidmət göstərir, innovasiya xarakterli yeni tədris proqramları, metodiki elmi əsərlər, metodiki vəsaitlər, müxtəlif tədris müəssisəsinə aid materiallarla, tədris prosesində istifadə üçün tərtib olunan məcmuələrlə təmin olunmasında iştirakını fəallaşdırmaq məqsədi ilə yerinə yetirilir. 
Kafedranın elmi - tədqiqat fəaliyyəti  istiqamətində  50-dən  çox  proqram  30  monoqrafiya, 33 dərslik, 800-dən çox məqalə və tezis nəşr olunmuşdur. Kafedra əməkdaşları bir sıra beynəlxalq konfranslarda elmi məruzələr ilə çıxış etmişdir. 

Fənnin adı

1.

Musiqi nəzəriyyəsi

2.

Solfecio

3.

Xarici musiqi  tarixi. Azərbaycan musiqi tarixi

4.

Azərbaycan  xalq  musiqisinin  lad nəzəriyyəsi

5.

Dirijorluq

6.

Xor sinifi

7.

Xorşünaslıq

8.

Xor aranjmanı

9.

Vokal  sinfi

10.

Musiqi fənninin  tədrisi  metodikası

11.

Musiqi və onun tədrisi metodikası (ibtidai təhsil ixtisası üzrə)

12.

Musiqi və onun tədrisi metodikası (məktəbəqədər təhsil ixtisası üzrə)

13.

Məktəb mahnı  repertuarı

14.

Əsas musiqi aləti (fortopiano)

15.

Əsas musiqi aləti (tar)

16.

Əsas musiqi aləti  (kamança)

17.

Əlavə musiqi aləti (fortopiano)

18.

Əsas musiqi aləti  (saz)

19.

Əlavə musiqi aləti (tar)

20.

Əlavə musiqi aləti (kamança)

21.

Alətşunaslıq

22.

Üzdən oxuma və transpazisiya

23

Fortepiano ifaçılığının tarixi

Laçın Xalid qızı Həsənova
Zemfira Kəlpəli qızı Abdullayeva
Jalə Həmid qızı Qədimova
Minarə Rəhim qızı Dadaşova
Laçın Həsənova
Kafedra müdiri
Zemfira Abdullayeva
Professor
Jalə Qədimova
Professor
Minarə Dadaşova
Professor

Ətraflı

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Musiqi və onun tədrisi texnologiyası kafedras;

Nəsib Bəy Yusifbəyli küçəsi 43

(012)441-10-18

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ÜNVAN MƏLUMATLARI

Bakı şəhəri, Nəsimi rayon
Nəsibbəy Yusifbəyli küçəsi 43

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search